Messi heyətdən çıxarıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Argentina millisinin və "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi 2026-cı il "MLS Ulduzlar Matçı"nda iştirak etməyəcək. 39 yaşlı futbolçu bununla ardıcıl üçüncü mövsümdə MLS-nin nümayiş xarakterli qarşılaşmasını buraxmış olacaq.
Milli.Az xəbər verir ki, bu barədə MLS məlumat yayıb.
Bildirilib ki, Messi ilə yanaşı, "İnter Mayami"dəki komanda yoldaşı Rodriqo De Paul da "Ulduzlar Matçı"nda çıxış etməyəcək. Hər iki futbolçu bu yaxınlarda başa çatan 2026-cı il dünya çempionatının finalında Argentina millisinin heyətində mübarizə aparıb.
MLS və Oyunçular Assosiasiyası mövsüm başlamazdan əvvəl DÇ-də iştirak edən futbolçuların turnirdən sonra istirahət və məşqlərə qayıdış qrafikinin fərdi şəkildə müəyyənləşdirilməsi barədə razılığa gəlib. Bu səbəbdən Messi və De Paulun "Ulduzlar Matçı"nda iştirak etməməsinə icazə verilib və onlar cəzalandırılmayacaq.
Messi daha əvvəl də "Ulduzlar Matçı"nda iştirak etməyib. 2024-cü ildə "Kopa Amerika"nın finalında aldığı topuq zədəsi səbəbindən qarşılaşmanı buraxan argentinalı ulduz 2025-ci ildə isə komanda yoldaşı Jordi Alba ilə birlikdə matçda iştirak etmədiyinə görə MLS tərəfindən bir oyunluq cəzalandırılmışdı.
Bu dəfə isə səbəb futbolçunun DÇ-dən sonra bərpa və istirahət proqramıdır.
Messi və De Pauldan başqa "Chicago Fire"ın hücumçusu Huqo Kuypers və "Vancouver Whitecaps"ın futbolçusu Mbekezeli Mbokazi də qarşılaşmada iştirak etməyəcək. Onların yerinə dörd futbolçu heyətə cəlb olunub.
"MLS Ulduzlar" komandası Çarlottada "Liga MX" Ulduzları ilə qarşılaşacaq. Görüşün gələn həftə keçirilməsi planlaşdırılır./"Qafqazinfo"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Geyimdən çox rahatlığınızı düşünün"
-
Ağstafada ağır qəza: Ölən və xəsarət alan var
-
Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib - (Foto)
-
Ukraynanın Xəzərdə gəmiyə hücumuna cavab veriləcək - Əraqçı
-
“Filenin Sultanları” tarix yazdı
-
Messi heyətdən çıxarıldı
-
Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Şəhid atası vəfat etdi
-
880 min ağac əkildi, şəhərdə temperatur bir neçə dərəcə aşağı düşdü
-
Meteohəssas insanların diqqətinə!
-
Sabah Bakıda temperatur enəcək
-
Ər-arvad falçı sayəsində 2 milyon dollar daha varlandı
-
FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib
-
Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi
-
İyul ayının sonuna qədər böyük bolluq cəlb edəcək 4 bürc
-
Premyer Liqanın 10-cu komandası La Liqa çempionundan daha çox pulqazanır
-
“Çılgın Bediş” 25 il sonra qayıdır
-
Əhməd Əş-Şara: İsraillə qarşıdurma istəmirik
-
Ebola qurbanlarının sayı 1 354-ə çatdı
-
Hörmüzdə tanker minaya düşdü
-
Rumıniya Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı
-
ABŞ İrana zərbələri artırarsa, SEPAH boğazı bağlayacaq
-
Netanyahu Vaşinqtona gedir: Trampla Ağ evdə görüşəcək
-
Azərbaycan seçməsi İslandiyaya uduzdu





