Ebola qurbanlarının sayı 1 354-ə çatdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 3 mini ötüb. Ölkədə tarixdə ən sürətlə yayılan epidemiyalardan biri ilə mübarizə davam edərkən, səhiyyə sistemində yeni böhran yaranıb.
Milli.Az xəbər verir ki, bu barədə Sky News Konqo Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verib.
Son məlumata görə, ölkədə 3 075 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Virus indiyədək 1 354 nəfərin həyatına son qoyub, 766 xəstə isə hələ də təcrid mərkəzlərində və xəstəxanalarda müalicə alır. Yoluxmaların təxminən 90 faizi İturi əyalətinin payına düşür.
Bunia şəhərində yerləşən Elikya Ebola Müalicə Mərkəzinin həkimləri, tibb bacıları və digər əməkdaşları iki aydır ödənilməyən əməkhaqqı əlavələrinə etiraz olaraq tətilə çıxıblar. Tətil səbəbindən xəstələrin müalicəsi və yeni yoluxmaların qarşısının alınması istiqamətində işlər ciddi şəkildə çətinləşib.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, mövcud epidemiya Bundibuqyo ştamı ilə bağlıdır və bu virus növünə qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə hələ mövcud deyil. Silahlı münaqişələr, əhalinin səhiyyə işçilərinə inamsızlığı və maliyyə problemləri epidemiyanın nəzarət altına alınmasını daha da çətinləşdirir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İyul ayının sonuna qədər böyük bolluq cəlb edəcək 4 bürc
-
Premyer Liqanın 10-cu komandası La Liqa çempionundan daha çox pulqazanır
-
“Çılgın Bediş” 25 il sonra qayıdır
-
Əhməd Əş-Şara: İsraillə qarşıdurma istəmirik
-
Ebola qurbanlarının sayı 1 354-ə çatdı
-
Hörmüzdə tanker minaya düşdü
-
Rumıniya Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı
-
ABŞ İrana zərbələri artırarsa, SEPAH boğazı bağlayacaq
-
Netanyahu Vaşinqtona gedir: Trampla Ağ evdə görüşəcək
-
Azərbaycan seçməsi İslandiyaya uduzdu
-
Antalyada ağır yol qəzası olub, 5 nəfər ölüb
-
“Yuventus” PSJ-nin qapıçısı Lukas Şevalye ilə maraqlanır
-
Tehrandan Vaşinqtona son xəbərdarlıq: "Müharibə genişlənəcək"
-
Qəbələdə açıq ərazidə yanğın başladı
-
“Xankəndi” yeni futbolçu transfer etdi
-
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
-
Rusiya və Qazaxıstan yanacaq tədarükü barədə razılığa gəldi
-
"Maaşımı verməsəniz, gedirəm!"
-
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
-
Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
-
ABŞ-ın gizli İran planı ifşa olundu
-
Dənizdə batan şəxs müstəntiq işləyirmiş
-
Temperatur 40 dərəcə qalxacaq - Proqnoz
-
Ermənistan güləşçiləri Bakıya gəldi





