Yatmazdan əvvəl hansı qidalar yuxusuzluğa səbəb olur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Axşam yeməyi yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər və bunun səbəbi heç də həmişə həddindən artıq qida qəbulu olmur. Bəzi qidalar sinir sistemini stimullaşdırır və ya həzm sistemini daha intensiv işləməyə məcbur edir ki, bu da yuxuya getməyi xeyli çətinləşdirir".
Milli.Az xəbər verir ki, bunu gazeta.ru-ya rusiyalı həkim, tibb elmləri namizədi Oksana Mixaleva deyib.
"İlk növbədə, yatmazdan əvvəl tərkibində kofein olan qidalardan uzaq durmaq lazımdır. İnsanların çoxu yalnız qəhvəni xatırlayır, lakin tünd çay və şokoladın tərkibində də kifayət qədər kofein var. Buna görə də, əgər yuxuya getməkdə çətinlik çəkirsinizsə, bu qidaları axşam saatlarında rasiondan çıxarmaq daha məqsədəuyğundur", - deyə mütəxəssis bildirib.
Həkimin sözlərinə görə, ağır və yağlı qidalar - fastfud, qızardılmış yeməklər, yağlı ət növləri və müxtəlif souslar da gecə yuxusuna mənfi təsir göstərir.
"Belə qidaların həzmi daha uzun çəkir. Nəticədə orqanizm yuxuya hazırlaşmalı olduğu vaxt mədə-bağırsaq sistemi aktiv fəaliyyətini davam etdirir. Bundan əlavə, yağlı qidalar qəbul edildikdən sonra mədədə ağırlıq hissi, narahatlıq və ya qıcqırma yarana bilər ki, bu da gecə yuxusunun keyfiyyətini aşağı salır", - deyə o qeyd edib.
Həkim həmçinin axşam saatlarında zülalla zəngin qidaların həddindən artıq qəbulunu da məqsədəuyğun hesab etmir.
"Axşam yeməyində zülalın həddindən artıq olması həzm sisteminə əlavə yük yaradır. Bu isə ağırlıq hissinə səbəb ola və yuxuya tez getməyə mane ola bilər", - deyə Mixaleva vurğulayıb.
Mütəxəssis şam yeməyini yatmazdan təxminən 2-3 saat əvvəl yeməyi tövsiyə edib. Onun sözlərinə görə, yuxudan dərhal əvvəl qida qəbulu aktiv həzm prosesinə səbəb olur və maddələr mübadiləsində iştirak edən hormonların orqanizmi gecə istirahətinə hazırlayan təbii mexanizmlərini poza bilər./Oxu.Az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq





