880 min ağac əkildi, şəhərdə temperatur bir neçə dərəcə aşağı düşdü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kolumbiyanın Medellin şəhəri yaşıllaşdırmanın iqlimə təsirini göstərən ən uğurlu nümunələrdən biri hesab olunur. Şəhərdə həyata keçirilən "Yaşıl Dəhlizlər" (Green Corridors) layihəsi çərçivəsində təxminən 880 min ağac, eləcə də 2,5 milyondan çox kol və digər bitki əkilib. Layihəyə 2016-cı ildə start verilib.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, məqsəd sıx tikililər, asfalt örtüyünün çoxluğu və yaşıllıq sahələrinin azalması nəticəsində yaranan "şəhər istilik adası" effektini azaltmaq idi. Bu problem yay aylarında küçələrin həddindən artıq qızmasına və sakinlərin həyat keyfiyyətinin pisləşməsinə səbəb olurdu. Mütəxəssislərin sözlərinə görə, ağaclar havanı iki əsas yolla sərinləşdirir.
Birincisi, kölgə yaradaraq yolları və binaları birbaşa günəş şüalarından qoruyur.
İkincisi, yarpaqlar vasitəsilə suyu buxarlandıraraq ətraf mühitin temperaturunu təbii şəkildə aşağı salır.
Aparılan araşdırmalar göstərib ki, genişmiqyaslı yaşıllaşdırma nəticəsində şəhərdə orta temperatur təxminən 2 dərəcə azalıb. Kölgəli ərazilərdə isə hava əvvəlki ilə müqayisədə 5 dərəcəyədək sərinləşib. Yeni yaşıllıq zolaqları təkcə istiliyi azaltmayıb.
Layihə hava keyfiyyətinin yaxşılaşmasına, səs-küyün azalmasına, quşlar və tozlandırıcı həşəratlar üçün yeni yaşayış mühitinin yaranmasına da töhfə verib. Eyni zamanda, piyada gəzmək və velosiped sürmək daha rahat və təhlükəsiz olub.
Bu gün Medellinin "Yaşıl Dəhlizlər" proqramı iqlim dəyişikliyinə uyğunlaşmanın ən uğurlu nümunələrindən biri kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən mütəxəssislər şəhərin təcrübəsini öyrənərək artan temperatur şəraitində şəhərlərin daha yaşıl və yaşamaq üçün daha əlverişli hala gətirilməsinin yollarını araşdırırlar./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
880 min ağac əkildi, şəhərdə temperatur bir neçə dərəcə aşağı düşdü
-
Ər-arvad falçı sayəsində 2 milyon dollar daha varlandı
-
İyul ayının sonuna qədər böyük bolluq cəlb edəcək 4 bürc
-
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
-
Yayda arılardan qurtulmağın ən sadə yolu
-
Meyvə və tərəvəzləri daha uzun müddət təzə saxlamağın yolu
XƏBƏR LENTİ
-
Messi heyətdən çıxarıldı
-
Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Şəhid atası vəfat etdi
-
880 min ağac əkildi, şəhərdə temperatur bir neçə dərəcə aşağı düşdü
-
Meteohəssas insanların diqqətinə!
-
Sabah Bakıda temperatur enəcək
-
Ər-arvad falçı sayəsində 2 milyon dollar daha varlandı
-
FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib
-
Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi
-
İyul ayının sonuna qədər böyük bolluq cəlb edəcək 4 bürc
-
Premyer Liqanın 10-cu komandası La Liqa çempionundan daha çox pulqazanır
-
“Çılgın Bediş” 25 il sonra qayıdır
-
Əhməd Əş-Şara: İsraillə qarşıdurma istəmirik
-
Ebola qurbanlarının sayı 1 354-ə çatdı
-
Hörmüzdə tanker minaya düşdü
-
Rumıniya Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı
-
ABŞ İrana zərbələri artırarsa, SEPAH boğazı bağlayacaq
-
Netanyahu Vaşinqtona gedir: Trampla Ağ evdə görüşəcək
-
Azərbaycan seçməsi İslandiyaya uduzdu
-
Antalyada ağır yol qəzası olub, 5 nəfər ölüb
-
“Yuventus” PSJ-nin qapıçısı Lukas Şevalye ilə maraqlanır
-
Tehrandan Vaşinqtona son xəbərdarlıq: "Müharibə genişlənəcək"
-
Qəbələdə açıq ərazidə yanğın başladı
-
“Xankəndi” yeni futbolçu transfer etdi





