Şəhid atası vəfat etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Goranboyda şəhid atası vəfat edib.
Milli.Az xəbər verir ki, rayonun Qızılhacılı qəsəbəsində Vətən müharibəsi şəhidi Nofəl Nuriyevin atası Xaliq Nuriyev dünyasını dəyişib.
Şəhid atası xərçəng xəstəsi imiş.
O, qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan Nofəl Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi həkim - feldşer kimi iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərin ən qızğın nöqtələrində yaralanan hərbçilərə yardım göstərib. 29 sentyabr 2020-ci ildə Ağdərə-Suqovuşan döyüşləri gedişatında "Qaranlıq meşə" adlanan ərazidə hərbi tibbi vəzifəsini yerinə yetirərkən şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib./"Qafqazinfo"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ukraynanın Xəzərdə gəmiyə hücumuna cavab veriləcək - Əraqçı
-
“Filenin Sultanları” tarix yazdı
-
Messi heyətdən çıxarıldı
-
Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Şəhid atası vəfat etdi
-
880 min ağac əkildi, şəhərdə temperatur bir neçə dərəcə aşağı düşdü
-
Meteohəssas insanların diqqətinə!
-
Sabah Bakıda temperatur enəcək
-
Ər-arvad falçı sayəsində 2 milyon dollar daha varlandı
-
FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib
-
Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi
-
İyul ayının sonuna qədər böyük bolluq cəlb edəcək 4 bürc
-
Premyer Liqanın 10-cu komandası La Liqa çempionundan daha çox pulqazanır
-
“Çılgın Bediş” 25 il sonra qayıdır
-
Əhməd Əş-Şara: İsraillə qarşıdurma istəmirik
-
Ebola qurbanlarının sayı 1 354-ə çatdı
-
Hörmüzdə tanker minaya düşdü
-
Rumıniya Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı
-
ABŞ İrana zərbələri artırarsa, SEPAH boğazı bağlayacaq
-
Netanyahu Vaşinqtona gedir: Trampla Ağ evdə görüşəcək
-
Azərbaycan seçməsi İslandiyaya uduzdu
-
Antalyada ağır yol qəzası olub, 5 nəfər ölüb
-
“Yuventus” PSJ-nin qapıçısı Lukas Şevalye ilə maraqlanır
-
Tehrandan Vaşinqtona son xəbərdarlıq: "Müharibə genişlənəcək"





