Keçmiş məcburi köçkünə 1 otaqlı mənzil verilib? - Rəsmi açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Komitəsi Badara kəndində mənzillə bağlı yayılan iddialara aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, son günlər sosial şəbəkələrdə Xocalı rayonunun Meşəli kəndindən məcburi köçkün düşmüş Vəliyev Rasim Papoy oğlunun qardaşı Məzahir Vəliyev tərəfindən Xocalı rayonunun Badara kəndində ailənin 3 otaqlı mənzil əvəzinə 1 otaqlı mənzillə təmin olunması barədə iddialar yayılıb.
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, aparılmış araşdırma zamanı həmin iddiaların əsassız olduğu müəyyən edilib.
Araşdırma nəticəsində məlum olub ki, Vəliyev Rasim Papoy oğlu və ailə üzvləri əvvəllər Goranboy rayonunda yaşayış sahəsi ilə təmin olunublar. Daha sonra Böyük Qayıdış Proqramı çərçivəsində ailənin beş nəfərdən ibarət olması nəzərə alınaraq onlar Xocalı rayonunun Badara kəndində normativ tələblərə uyğun 3 otaqlı mənzillə təmin ediliblər.
Məsələ ilə bağlı Dövlət Komitəsinin əməkdaşları tərəfindən sözügedən mənzilə yerində baxış keçirilib. Baxış zamanı mənzilin 3 otaqdan ibarət olduğu və sosial şəbəkələrdə yayılan iddiaların həqiqəti əks etdirmədiyi müəyyən olunub.
Dövlət Komitəsi bir daha vurğulayır ki, Böyük Qayıdış Proqramı çərçivəsində vətəndaşların yaşayış sahələri ailə tərkibi və qüvvədə olan normativ tələblər əsasında müəyyən edilir.
Komitə media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini bu kimi məsələlərlə bağlı məlumatları yayarkən yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verməməyə çağırır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Sosial şəbəkələrdə yayılan görüntülərə TƏBİB cavab verdi
-
Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
-
Keçmiş məcburi köçkünə 1 otaqlı mənzil verilib? - Rəsmi açıqlama
-
Azərbaycanda 2 mindən çox əlilliyi olan şəxs işlə təmin edilib
-
55 rayon və şəhəri əhatə edən yoxlama başa çatdı
-
MEDİA İranın qərarına reaksiya verdi
XƏBƏR LENTİ
-
Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar
-
Rumıniya Moskvadakı səfirini geri çağırıb
-
Sosial şəbəkələrdə yayılan görüntülərə TƏBİB cavab verdi
-
Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
-
"Toplum TV" işi üzrə hökm oxundu
-
Keçmiş məcburi köçkünə 1 otaqlı mənzil verilib? - Rəsmi açıqlama
-
Azərbaycanda 2 mindən çox əlilliyi olan şəxs işlə təmin edilib
-
51 yaşlı "50 Cent" uzun zaman sonra görüntüləndi - (Video)
-
55 rayon və şəhəri əhatə edən yoxlama başa çatdı
-
7 uşaqlı ananın inəyi üçün göz yaşları hamını kövrəltdi - (Video)
-
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
-
Can Tomay narkotikə görə saxlanıldı
-
MEDİA İranın qərarına reaksiya verdi
-
Maykl Olize 12 milyonluq mülk aldı
-
Bakıda güclü külək binanın damını uçurdu - (Video)
-
Hövsanda dənizdə 4 nəfər batdı - 3-ü xilas edildi, 1-i öldü
-
Taksi sürücüsü qadın sərnişinə əxlaqsız təklif etdi - (Video)
-
Aparıcı Leyla ərinin fotosunu paylaşdı
-
Makqreqor 1 il döyüşlərə qatılmayacaq
-
Azərbaycanda taxıl biçini 92 faiz başa çatıb
-
""Arzum" gecələr yatmır, təcili yardım çağırdıq"
-
Parisdə bıçaqlı hücum: Üç qadın yaralandı
-
İspaniyada minlərlə insan istidən öldü
-
Əli Əsədov yeni qərar imzaladı





