Şou-biznes

Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar

27 İyul 2026 18:03
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-də keçirilən "Tribeca" kinofestivalının məlumat bazası haker hücumuna məruz qalıb.  

Milli.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri kibertəhlükəsizlik mütəxəssislərinə istinadən məlumat yayıb. 

Məlumata görə, haker hücumu nəticəsində Ancelina Coli, Robert de Niro, Şeron Stoun, Maylk Duqlas, Martin Skorseze, Corc Lukas, Morqan Friman, Cennifer Lourens kimi bir çox Hollivud ulduzunun şəxsi məlumatları internetdə paylaşılıb. Şəxsi məlumatlar arasında məşhurların telefon nömrələri, elektron poçt ünvanları, istifadə etdikləri "iPhone" modelləri və s. məlumatlar əks olunub. 

"Tribeca" kinofestivalının təşkilatçıları sızma barədə məlumatlandırıldıqdan dərhal sonra hakerlərin paylaşdıqları məlumatlar silinib. Faktla bağlı araşdırma aparılır. Bu məlumatların hansı müddətə açıq mənbələrdə qaldığı hələlik müəyyən edilməyib./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.