Hadisə, Kriminal

Rusiyada toyda dəhşət: Bəyi ürəyindən vurdular

27 İyul 2026 20:30
Baxış: 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Krasnoyarsk diyarının Açinsk şəhərində toyda bəy ürəyindən bıçaqlanıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, yeni evlənənlər toylarını yaxınlıqdakı digər insanların yubileyini qeyd etdiyi bir kafedə keçiriblər.

Qruplar arasında mübahisə yaranıb. Bəy ən yaxşı dostunu müdafiə edib və hücum edən bıçaq çəkərək cavab verib.

Bəy xəstəxanaya yerləşdirilib, mürəkkəb əməliyyat keçirib və özünə gəlib, lakin bir neçə gündən sonra vəziyyəti pisləşməyə başlayıb. O, helikopterlə Krasnoyarska aparılıb, lakin onu həyata qaytarmaq mümkün olmayıb. Hücum edən polisə təslim olub./Lent.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.