Azərbaycanın səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi sahəsində təcrübəsi beynəlxalq mükafata layiq görülüb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun təşkil etdiyi Səhiyyə Xidmətlərinin Keyfiyyəti və Pasiyent Təhlükəsizliyi üzrə Regional Məktəbdə Azərbaycan nümayəndə heyəti ölkəmizdə bu istiqamətdə həyata keçirilən islahatları və əldə olunan nəticələri əks etdirən poster təqdim edib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, posterdə Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, tibb müəssisələrinin akkreditasiyası sisteminin təkmilləşdirilməsi və pasiyent təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Tədbir çərçivəsində müxtəlif ölkələrdən olan mütəxəssislər səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin təmin edilməsi və qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və paylaşılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi poster *"Səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə sistemin gücləndirilməsi sahəsində ən yaxşı poster"* nominasiyasında mükafata layiq görülüb.
Bu uğur Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin idarə olunması, tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və pasiyent təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi ilə Tacikistanın Tibbi Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb. Memorandum iki qurum arasında təcrübə mübadiləsinin və institusional əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Qeyd edək ki, Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi publik hüquqi şəxsin İdarə Heyətinin sədri Orxan Şükürov 2026-cı ilin may ayında Azərbaycan Respublikasının səhiyyə nazirinin müvafiq əmri ilə bu vəzifəyə təyin edilib. O, təyinatadək Mərkəzin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Orxan Şükürov, həmçinin birinci "Yüksəliş" müsabiqəsinin finalçısıdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yenidən eyni layihədə rol alacaqlar
-
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
-
Daşkəsəndə “Niva” aşdı - Xəsarət alan var
-
Azərbaycanın səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi sahəsində təcrübəsi beynəlxalq mükafata layiq görülüb - (Foto)
-
Mahsun Kırmızıgül “Ahbap”la bağlı dindirildi
-
Masallıda faciə: Çaya tullanan gənc yaralanıb öldü
XƏBƏR LENTİ
-
Yenidən eyni layihədə rol alacaqlar
-
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
-
Daşkəsəndə “Niva” aşdı - Xəsarət alan var
-
Azərbaycanın səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi sahəsində təcrübəsi beynəlxalq mükafata layiq görülüb - (Foto)
-
Mahsun Kırmızıgül “Ahbap”la bağlı dindirildi
-
Rusiyada toyda dəhşət: Bəyi ürəyindən vurdular
-
Masallıda faciə: Çaya tullanan gənc yaralanıb öldü
-
Bayılda meyit tapıldı
-
Naxçıvanda yeni nazir müavini təyin olundu
-
Kirayədən çıxarıldığı üçün 12 milyona ev aldı
-
"Amay"ın qarşısında kişinin başına daş düşdü
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Şəmsi Səmədzadə azadlığa buraxıldı
-
Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar
-
Rumıniya Moskvadakı səfirini geri çağırıb
-
Sosial şəbəkələrdə yayılan görüntülərə TƏBİB cavab verdi
-
Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
-
"Toplum TV" işi üzrə hökm oxundu
-
Keçmiş məcburi köçkünə 1 otaqlı mənzil verilib? - Rəsmi açıqlama
-
Azərbaycanda 2 mindən çox əlilliyi olan şəxs işlə təmin edilib
-
51 yaşlı "50 Cent" uzun zaman sonra görüntüləndi - (Video)
-
55 rayon və şəhəri əhatə edən yoxlama başa çatdı
-
7 uşaqlı ananın inəyi üçün göz yaşları hamını kövrəltdi - (Video)
-
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı





