İdman

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

27 İyul 2026 22:47
Baxış: 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fransa millisinin hücumçusu Kilian Mbappe yığmaya baş məşqçi təyin olunması gözlənilən Zinəddin Zidanın rəhbərliyi altında da kapitan sarğısını daşıyacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Bildirilib ki, Zidan 27 yaşlı futbolçunun kapitan statusunda hər hansı dəyişiklik etməyi planlaşdırmır. Buna səbəb mütəxəssislə Mbappe arasında yaxşı münasibətlərin olması göstərilir.

Qeyd edək ki, Zidanın Fransa millisinin baş məşqçisi vəzifəsinə təyinatının iyulun 28-də rəsmən açıqlanacağı gözlənilir.

Kilian Mbappe Fransa yığmasının heyətində keçirdiyi 106 oyunda 66 qola imza atıb, 44 məhsuldar ötürmə ilə yadda qalıb./"Report"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.