Rusiya

Rusiya Ermənistanın süd məhsullarına qadağa qoyur

24 İyul 2026 11:51
Baxış: 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya iyulun 27-dən etibarən Ermənistandan idxal olunan süd məhsullarına məhdudiyyət tətbiq edəcək.

Milli.Az xəbər verir ki, qərar Rusiya nəzarət orqanlarının Ermənistanın süd emalı müəssisələrində apardığı yoxlamaların nəticələrindən sonra qəbul edilib.

Məlumata görə, iyulun 14-21-də həyata keçirilən yoxlamalar zamanı 2023-2024-cü illərdə qeydə alınmış nöqsanların aradan qaldırılmadığı və eyni pozuntuların yenidən aşkarlandığı müəyyən edilib.

Bununla əlaqədar Rusiya tərəfi iyulun 27-dən etibarən Ermənistandan süd məhsullarının idxalına məhdudiyyət qoyacağını açıqlayıb.

Qərarın hansı məhsul növlərini əhatə edəcəyi və məhdudiyyətlərin nə qədər davam edəcəyi ilə bağlı hələlik əlavə məlumat verilməyib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.