Soğan qovurarkən bir çimdik əlavə etmək kifayətdir: Rəngi də, dadı da tamamilə dəyişir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Soğan qovurarkən tavaya əlavə edilən bir çimdik şəkər tozu bir çox aşpazın illərdir istifadə etdiyi praktik üsullardan biri kimi ön plana çıxır. Az miqdarda şəkər soğanın daha sürətlə karamelizə olmasına kömək edir və rənginin qısa müddətdə qızılı sarı rəngə çevrilməsini təmin edir.
Milli.Az xəbər verir ki, şəkər tozu soğanın təbii tərkibindəki şəkərlərin ortaya çıxmasına dəstək verdiyi üçün, xüsusilə uzun müddət qovrulan yeməklərdə daha tarazlı və yüngül şirin bir aroma yaranmasına kömək edir. Bu üsul şorbalarda, ət yeməklərində, souslarda və lobya kimi təamlarda tez-tez tətbiq olunur.
Karamelizasiyanı sürətləndirir
Soğan bişərkən içindəki təbii şəkərlər istiliklə birlikdə karamelizə olur. Lakin bu proses aşağı odda vaxt tələb edə bilər. Tavaya əlavə edilən çox az miqdarda şəkər, bu reaksiyanın daha sürətlə başlamasına kömək edərək soğanın qısa müddətdə istənilən rəng və qıvamı almasını təmin edir. Mütəxəssislər burada əsas məqamın miqdar olduğunu vurğulayırlar: bir porsiya yemək üçün yarım çay qaşığından çox şəkər istifadə edilməsi məsləhət görülmür. Əks halda, yeməkdə arzuolunmaz dərəcədə şirin bir dad yarana bilər.
Hər yemək üçün uyğun olmaya bilər
Şəkər üsulu xüsusilə karamelizə soğanın dadının ön planda olduğu reseptlərdə uğurlu nəticə versə də, hər yeməkdə istifadəsi tövsiyə edilmir. Soğanın təbii dadının qorunmasının vacib olduğu reseptlərdə və ya şəkər istehlakını məhdudlaşdıran insanların hazırladığı yeməklərdə bu üsula ehtiyac qalmaya bilər.
Aşpazlar ən yaxşı nəticəni almaq üçün soğanın orta-aşağı odda, kifayət qədər yağla yavaş-yavaş qovrulmasını tövsiyə edirlər. Şəkər isə yalnız bu prosesə dəstək verən kiçik bir toxunuş kimi qiymətləndirilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Klassik tosta fərqli dad qatan üsul: Karamelizə edilmiş soğanla
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
1 şüşə mineral su ilə xırtıldayan gül kələmi qızartması resepti
-
Çay süfrələrinin sevilən şirniyyatı: Köstəbək tortu resepti
-
İzmir küftəsini qurutmadan bişirməyin sirləri
XƏBƏR LENTİ
-
Klassik tosta fərqli dad qatan üsul: Karamelizə edilmiş soğanla
-
Xurma yeyəndə qabığını soyun - səbəb
-
57 yaşlı Ceylo bu yolla formada qalır
-
Qışda pomidor və bibər almayın: Mütəxəssislərdən xəbərdarlıq
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar
-
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri
-
Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
-
Günün qoroskopu: Fikirlərinizi asanlıqla ətrafdakılara qəbul etdirəcəksiniz
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
Küveyt İrana nota verdi
-
Bakıda çay evində dava: ölü və yaralılar var
-
Mahir Emreli növbəti qolunu vurdu - (Video)
-
Yavuz Bingöl 12 günlük müalicədən sonra evə buraxıldı - Əməliyyat olunacaq
-
“Qalatasaray”ın futbolçusu Yunus Akgün evləndi - (Foto)
-
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
-
Qubada suvarma kanalına yenidən su verildi: İtkin düşən gənc hələ də tapılmayıb
-
Nadir Qafarzadə oğluna ad günü etdi - (Video)
-
Sumqayıtda zavodda güclü partlayış oldu - (Video)
-
"Sədərək"də yolun ortasında dayanan kişini motosiklet vurdu - anbaan (Video)
-
Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu
-
“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” - Rəşad Sadıqov
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"





