Gəncədə yolun bir tərəfində dayanacaq var, digərində yoxdur - Sakinlər şikayətçidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncə şəhərində 16 və 19 nömrəli marşrut avtobuslarının hərəkət etdiyi Üzeyir Hacıbəyov küçəsində dayanacaqların yerləşdirilməsi ilə bağlı sakinlər narazılıq edirlər.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, şəhərin 5-ci mikrorayonunun giriş-çıxış hissəsində yolun bir istiqamətində avtobus dayanacağı mövcud olsa da, əks istiqamətdə dayanacaq quraşdırılmayıb. Bu səbəbdən həmin ərazidə yaşayan vətəndaşlar ictimai nəqliyyatdan istifadə etmək üçün xeyli məsafə piyada getməli olurlar.
Onların iddiasına görə, məsələ ilə bağlı dəfələrlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilsə də, verilən cavabların yalnız formal xarakter daşıdığı, problemin isə hələ də həllini tapmadığı bildirilir.
Sakinlər Niyazi Əhmədov və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsinə yaxın hissədə yeni avtobus dayanacağının quraşdırılmasını istəyirlər. Onların fikrincə, bu addım həm sərnişinlərin rahatlığını təmin edər, həm də ictimai nəqliyyatdan istifadəni asanlaşdırar.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, şəhərdaxili avtobus dayanacaqları arasındakı məsafə 200-400 metr olmalıdır. Sakinlər bildirirlər ki, sözügedən ərazidə yolun bir istiqamətində bu norma gözlənilsə də, əks istiqamətdə dayanacaqlar arasındakı məsafə tələblərə uyğun deyil.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Çin avtomobilləri sürənlərin nəzərinə: Ehtiyat hissələri bahalaşdı
-
Temperatur 39 dərəcə qalxacaq
-
“Ambucycle” xidməti hansı hallarda tətbiq olunacaq?
-
Baş nazir qərar imzaladı
-
Gəncədə yolun bir tərəfində dayanacaq var, digərində yoxdur - Sakinlər şikayətçidir
-
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
XƏBƏR LENTİ
-
Çin avtomobilləri sürənlərin nəzərinə: Ehtiyat hissələri bahalaşdı
-
Putin Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
-
Serenay reklamdan milyonlar qazanacaq - Rekord qazanc
-
Temperatur 39 dərəcə qalxacaq
-
Anar Məmmədliyə 14 il, Anar Abdullayevə 13 il həbs tələb olundu
-
Bakıda iş yoldaşının kartından gizlicə 6 min pul çıxaran şəxs saxlanıldı
-
Tanınmış iş adamı oteldə faciəvi şəkildə öldü
-
“Ambucycle” xidməti hansı hallarda tətbiq olunacaq?
-
Ronaldinyo bir qurtum Pepsiyə görə milyonlarla dollarlıq sponsordan belə olmuşdu - (Video)
-
Baş nazir qərar imzaladı
-
Rusiya Ermənistanın süd məhsullarına qadağa qoyur
-
Gəncədə yolun bir tərəfində dayanacaq var, digərində yoxdur - Sakinlər şikayətçidir
-
Müəllimini güllələməkdə təqsirləndirilən şagirdin məhkəməsində yeni qərar
-
İran ABŞ-ın atəşkəs təklifini rədd edib
-
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
-
Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
-
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
-
"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?
-
Binədə yol qəzası: 22 nəfər xəsarət aldı
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
-
Səhnədə başqa adla tanınırlar – Məşhur azərbaycanlı müğənnilərin əsl adları - (Video)
-
Sumqayıtda 1700 abonentin qazı kəsiləcək
-
ABŞ 60 ölkənin məhsullarına yeni rüsum tətbiq edir
-
FHN-dən isti hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun





