“Ambucycle” xidməti hansı hallarda tətbiq olunacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə motosikletlərdən istifadə olunacaq.
Milli.Az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, "Ambucycle" adlandırılan yeni xidmət modeli ilkin olaraq 10 motosikletlə mərhələli şəkildə tətbiq ediləcək. Xüsusi hazırlıq keçmiş feldşerlərin idarə edəcəyi motosikletlər xüsusilə nəqliyyatın sıx olduğu ərazilərdə təcili tibbi yardıma ehtiyacı olan şəxslərə daha qısa müddətdə çatmağa imkan verəcək. Xidmətin nəticələri qiymətləndirildikdən sonra onun əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi nəzərdən keçiriləcək.
TƏBİB-dən bildirilib ki, "Ambucycle" xidmətində motosikleti idarə edən şəxs təcili tibbi yardım üzrə xüsusi hazırlıq keçmiş feldşerdir.
Qeyd olunub ki, xidmət modeli üçün seçilən əməkdaşlar əlavə hazırlıq təlimləri keçiblər. Onlar ilkin tibbi yardım və müdaxilə bacarıqlarına, həmçinin motosikleti təhlükəsiz idarə etmək üçün müvafiq sürücülük vəsiqəsinə malikdirlər.
"Ambucycle" motosikletləri hadisə yerində ilkin tibbi müdaxilənin göstərilməsi üçün zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz edilib. Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ACLS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirmək üçün zəruri tibbi vasitələrlə təmin olunub", - məlumatda vurğulanıb.
Bu xəstələr üçün "Ambucycle" gələcək
TƏBİB-dən bildirilib ki, xidmət əsasən pik saatlarda, nəqliyyatın sıx olduğu və hərəkətin çətinləşdiyi ərazilərdə hadisə yerinə operativ çatmağın xüsusi əhəmiyyət daşıdığı çağırışlar üçün nəzərdə tutulub.
Qeyd olunub ki, çağırışın xarakteri dispetçer tərəfindən mövcud triaj alqoritmlərinə uyğun qiymətləndiriləcək. Müvafiq hallarda "Ambucycle" hadisə yerinə yönləndiriləcək.
Bildirilib ki, xidmətin əsas məqsədi kritik vəziyyətlərdə hadisə yerinə ən qısa müddətdə çatmaq və həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdən maksimum səmərəli istifadə etməkdir.
TƏBİB-dən verilən məlumata görə, hadisə yerində aparılan ilkin qiymətləndirmə nəticəsində pasiyentin xəstəxanaya təxliyəsinə ehtiyac olduğu müəyyən edilərsə, dərhal standart təcili tibbi yardım avtomobili hadisə yerinə cəlb olunacaq.
Bu müddətdə motosiklet briqadası pasiyentin vəziyyətini stabilləşdirmək, həyati göstəricilərinə nəzarət etmək və zəruri ilkin tibbi müdaxilələri həyata keçirməkdə davam edəcək.
Təcili tibbi yardım avtomobili hadisə yerinə çatdıqdan sonra pasiyentin hospitalizasiyası mövcud tibbi protokollara uyğun şəkildə həyata keçiriləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Zeytunla başlayan, musiqi ilə davam edən gün - (Foto)
-
Azərbaycan məktəblərində hicab məsələsi türkiyəli jurnalistlə müzakirə olunub
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Zeytun Festivalının açılışı olub - (Foto)





