Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək - (Yenilənib)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
TƏBİB təcili tibbi yardımda yeni "Ambucycle" motosiklet xidmətini tətbiq edir.
Milli.Az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə yeni "Ambucycle" xidmət modelinin tətbiqinə başlanılıb.
Qeyd olunub ki, ölkədə ilk dəfə olaraq motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu model ilkin mərhələdə pilot layihə kimi Bakı şəhərində tətbiq ediləcək.
Bildirilib ki, zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz edilmiş "Ambucycle" xüsusi hazırlıq keçmiş feldşer tərəfindən idarə olunur. Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ALS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirə bilir.
Məlumata görə, zərurət yarandıqda pasiyentin vəziyyətinə uyğun olaraq tam təchizatlı təcili tibbi yardım briqadasının hadisə yerinə cəlb olunması da koordinasiya edilir.
Layihədə iştirak edən feldşerlər İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində, Yeni Klinikada və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində nəzəri və praktiki təlimlər keçiblər.
TƏBİB qeyd edib ki, bu xidmət modeli İsrail və Böyük Britaniya kimi ölkələrdə uğurla tətbiq olunur və təcili tibbi yardımın hadisə yerinə çatma müddətinin azaldılması, kritik hallarda erkən tibbi müdaxilənin təmin edilməsi baxımından effektivliyini sübut edib.
Pilot mərhələnin nəticələri qiymətləndirildikdən sonra xidmət modelinin tətbiq coğrafiyasının genişləndirilməsi nəzərdən keçiriləcək.
________________
Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə yeni layihəyə start verilib.
Milli.Az xəbər verir ki, layihə çərçivəsində təcili tibbi yardım briqadalarının fəaliyyətində motosikletlərdən istifadə olunacaq. Dünyanın bir sıra ölkələrində tətbiq edilən bu modelin paytaxtda da hadisə yerinə daha qısa müddətdə çatmağa imkan verəcəyi gözlənilir.
Yeni sistemə əsasən, motosikletlə hərəkət edən tibb işçisi ambulans gələnədək hadisə yerinə çataraq xəstəyə ilkin tibbi yardım göstərəcək, zərurət yarandıqda isə vəziyyətin stabilləşdirilməsi üçün təxirəsalınmaz müdaxilələr edəcək.
Bildirilir ki, son illər Bakıda nəqliyyat sıxlığının artması fonunda bu model təcili tibbi yardımın operativliyini artıracaq. Motosikletlər şəhərdaxili sıx trafikdə daha çevik hərəkət edərək çağırış ünvanına daha qısa müddətdə çata biləcək.
Məlumata görə, xidmətə cəlb olunacaq motosikletlər avtomatik xarici defibrilyator, oksigen balonu, travma çantası, reanimasiya avadanlıqları və təcili tibbi yardım üçün zəruri dərman preparatları ilə təchiz ediləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Zeytunla başlayan, musiqi ilə davam edən gün - (Foto)
-
Azərbaycan məktəblərində hicab məsələsi türkiyəli jurnalistlə müzakirə olunub
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Zeytun Festivalının açılışı olub - (Foto)





