Rusiya

Kazan hava limanı bağlandı

20 Oktyabr 2024 13:07
Baxış: 1 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər Kazan Beynəlxalq Hava Limanında "xalça" planı təqdim edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako teleqram kanalında məlumat verib.

Korenyakonun sözlərinə görə, pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi səbəbindən təyyarələrin gəlişi və buraxılması ilə bağlı məhdudiyyətlər Moskva vaxtı ilə saat 6:00-dan etibarən qüvvədədir. Aeroportun fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar artıq 20-yə yaxın reys təxirə salınıb.

"Təyyarə ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür - bu, əsas prioritetdir", - mətbuat katibinin açıqlamasında deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.