Rusiyanın Smolensk vilayəti üzrə Daxili İşlər Nazirliyinin binasında terror aktı törətmək cəhdinin qarşısı alınıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya FTX-nin (FSB) ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.
Bildirilib ki, bir nəfər sənədləri olan qovluq adı altında əldəqayırma partlayıcı qurğunu gizli yol ilə vilayətin DİN binasına keçirməyə cəhd edib.
Terror aktını törətməyə cəhd edən şəxs saxlanılan zamnı yaralanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun