Türkiyə Futbol Federasiyası (TFF), mərc oynadıqları iddiası ilə 152 futbol hakimini Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib. Siyahıda üst liqa hakimləri arasında tanınmış adlar - Zorbay Küçük, Egemen Artun, Mehmet Ali Özer, Melih Kurt, Muhammed Selim Özbek, Seyfettin Alper Yılmaz və Yunus Dursun da yer alıb.
Milli.Az xəbər verir ki, TFF-nin Hüquq Şöbəsi tərəfindən verilən açıqlamada bildirilir ki, 7-si üst liqa hakimi, 15-i üst liqa köməkçi hakimi olmaqla, ümumilikdə 152 nəfər "mərc fəaliyyəti ilə məşğul olmaq" səbəbilə PFDK-ya intizam pozuntusu olaraq yönləndirilib.
Siyahıda FIFA nişanlı hakim Zorbay Küçük də daxil olmaqla, aşağıdakı üst liqa hakimləri yer alıb:
Egemen Artun, Mehmet Ali Özer, Melih Kurt, Muhammed Selim Özbek, Seyfettin Alper Yılmaz, Yunus Dursun, Zorbay Küçük.
Üst liqa köməkçi hakimlər
Bahis oynadığı iddia edilən 15 üst liqa köməkçi hakimin adları isə bunlardır:
Ahmet Türkeş, Azem Zorlu, Baykal Tuna, Eren Öksüzler, Eyup Özer, Faruk Yağlı, Göktuğ Hazar Erel, Hasan Erdoğan, Mehmet Akıncık, Mehmet Sıraç Akpınar, Rıdvan Çevik, Rüştü Muhammed Orcan, Selami Dursun, Serdar Soydan, Şenol Bektaş.
Klasman (peşəkar liqa) hakimləri
TFF-nin açıqladığı siyahıya görə, aşağı liqalar da daxil olmaqla onlarla klasman hakimi PFDK-ya göndərilib. Onlar arasında Abdullah Murat Yoldaş, Abdulsamet Şenoğlu, Ali Bilen, Bedirhan Efeakdoğan, Burak Doğru, Göktan Demeli, Hakan Yurtseven, Mehmet Can Koç, Mertcan Erölmez, Muammer Sarıdağ, Nevzat Okat, Süleyman Soyutürk, Umut Yalçınkaya, Yunus Emre Çiftçi kimi adlar var.
Klasman köməkçi hakimləri
Bundan əlavə, 100-ə yaxın köməkçi hakim də siyahıya daxildir. Onların arasında Abdullah Yalçınkaya, Ahmet Kıvanç Kader, Arif Taşkın, Aykut Yılmaz, Batuhan Topçu, Buğra Doğhan, Cem Harman, Cihad Buyurgan, Emre Kaya, Fatih Yüzbaşı, Furkan Yıldız, Hakan Tunç, Hüseyin Sağlık, Mehmet Ali Yılmaz, Mustafa Sert, Onur Akıncı, Recep Güneş, Sadık Eren Ulusoy, Ulaş Kaçmaz, Yasin Emre Ceylan kimi adlar qeyd olunur.
TFF-nin intizam qərarı, son aylarda hakimlərin idman mərc oyunlarında iştirak etməsi ilə bağlı aparılan daxili araşdırmaların nəticəsi olaraq qəbul edilib. Federasiya rəhbərliyi bu məsələni "Türk futbolunun etibarını zədələyən ciddi intizam pozuntusu" kimi qiymətləndirib.
Hazırda PFDK hər bir hakimlə bağlı fərdi araşdırma aparır. Ciddi sübutlar aşkarlanarsa, bu şəxslərin hakimlik lisenziyalarının ləğv olunması gündəmə gələ bilər.
Lalə Qüdrətova
Milli.Az





