Bəzi bürclər var ki, başqalarının ağrısını, kədərini öz qəlbində hiss edir. Onların empatiya qabiliyyəti o qədər güclüdür ki, ətraflarındakı insanların hisslərini sanki mənimsəyirlər. Bu səbəbdən çox zaman emosional cəhətdən tükənir, başqalarının dərdini öz problemləriymiş kimi yaşayırlar.
Milli.Az həmin 3 bürcü təqdim edir:
Xərçəng bürcü üçün başqalarının hissləri çox önəmlidir. Sevdiklərinin acısını öz acısı kimi hiss edir. Empatiya qabiliyyəti o qədər güclüdür ki, kimin üzülüb-üzülmədiyini bir baxışdan anlayır. Yardım etmək istəyəndə isə bəzən öz emosional tarazlığını itirir.
Xərçəng, içindən gələn qoruma instinkti ilə hər kəsin dərdinə qaçır, amma çox zaman özünü unudur. "Hər kəsi xoşbəxt etmək" istəyi onu həm fiziki, həm də ruhən yora bilər.
Balıq bürcü, duyğusal enerjiləri çox tez hiss edir və onları öz üzərinə çəkir. Ətrafında kədərli biri varsa, dərhal onunla eyni duyğuları yaşamağa başlayır. Güclü sezgisi və xəyal gücü sayəsində insanların yaşadıqlarını dərindən hiss edir.
Bu bürc çox şəfqətli və anlayışlı olsa da, bu həssaslıq bəzən onu tükəndirir. Başqalarının dərdlərini içində daşıyaraq özünü unudur. Balıqların qəlbi mərhəmətlə doludur, amma bu incə ruh halı onları asanlıqla yorur.
Tərəzi bürcü üçün hüzur və ədalət çox vacibdir. O, ətrafında mübahisə və gərginlik görməyə dözə bilmir, hər kəsin problemini həll etməyə çalışır. Amma bu yaxşı niyyətli cəhd bəzən onu emosional olaraq yorar.
Kimsəni incitmək istəmədiyi üçün hər kəsin yükünü çiyninə götürür. Öz daxilində sakitlik axtararkən, başqalarının problemləri ilə məşğul olmaq onu daxildən sarsıda bilər. Tərəzi barışın simvoludur, amma bu barışı qorumaq çox vaxt ondan böyük enerji və səbir tələb edir.
Lalə Qüdrətova
Milli.Az





