Netanyahu ordusuna Qəzzaya hücum əmri verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəsin qüvvədə olmasına baxmayaraq, Qəzza zolağına dərhal şiddətli hücum həyata keçirilməsi barədə orduya göstəriş verib. Yerli mətbuat Netanyahunun açıqlamasından dərhal sonra İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah şəhərinə hava zərbələri endirdiyini bildirib.
Milli.Az xəbər verir ki, HƏMAS isə bu hadisədən sonra əsir cəsədlərinin bu gün İsrail tərəfinə təhvil verilməsinin təxirə salındığını açıqlayıb.
İsrail mətbuatının məlumatına görə, Netanyahu təhlükəsizlik rəsmiləri ilə keçirdiyi iclasda "atəşkəsin pozulmasına cavab olaraq" Qəzzaya genişmiqyaslı hərbi əməliyyatların başlanmasına qərar verib. İclasdan sonra ordunun dərhal əməliyyata başlaması barədə göstəriş verilib.
Netanyahunun bəyanatı yayımlandığı anda, İsrail hərbi təyyarələri Qəzzanın cənubundakı Rəfah şəhərini bombardman edib. Günün əvvəlində İsrail tərəfi bölgədəki əsgərlərinə atəş açıldığı iddiasını irəli sürmüşdü.
İsrailin "Kanal 13" televiziya kanalının xəbərinə görə, Netanyahu iclasda ordunun Qəzzadəkı nəzarət xəttini - "Sarı Xətt" adlanan bölgəni genişləndirmək planını müzakirə edib və bu barədə ABŞ administrasiyasını məlumatlandırıb. Vaşinqtonun isə İsrailin Qəzzadəkı işğal zonasını genişləndirmə planına razılıq verdiyi iddia olunur.
Hələlik atəşkəsi pozduğu iddia edilən HƏMAS-a hansı cavabın veriləcəyi barədə yekun qərar qəbul edilməyib. Məlumata əsasən, İsrail ordusunun rəhbərliyi Qəzzaya hücumların bərpası da daxil olmaqla bir sıra təkliflər irəli sürüb, Netanyahu isə son qərarın ABŞ-la koordinasiyalı şəkildə verilməli olduğunu bildirib.
İsrail tərəfi bəzi görüntülər yayaraq HƏMAS-ı əsirlərin cəsədlərini əvvəlcədən basdırıb, sonra guya Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə tapılmış kimi göstərməkdə günahlandırıb.
HƏMAS-ın açıqlamasında bildirilib ki, bu gün İsrail tərəfinə təhvil verilməsi planlaşdırılan əsir cəsədləri, İsrailin atəşkəsi pozması səbəbilə təxirə salınıb.
Xatırladaq ki, İsrail ilə Hamas arasında 10 oktyabrda atəşkəs və əsir mübadiləsi razılaşması əldə edilmişdi. Razılaşmaya əsasən, İsrail ordusu "Sarı Xətt" adlanan bölgədən çəkilmiş və həmin gün saat 12:00-dan atəşkəs qüvvəyə minmişdi.
Razılaşmadan sonra Hamas İsrailə 17 əsir cəsədini təhvil vermiş, lakin İsrail tərəfi bunlardan bəzilərinin Qəzzadəkı əsirlərə aid olmadığını iddia etmişdi. Hal-hazırda Qəzzada 13 İsrailli əsirin cəsədinin qaldığı bildirilir.
İsrail isə bu vaxta qədər 195 fələstinlinin cəsədini Beynəlxalq Qızıl Xaç vasitəsilə təhvil verib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bu cəsədlərdən cəmi 72-nin kimliyi müəyyən edilib.
Qəzza hökumətinin Media Ofisinin rəhbəri İsmayıl əs-Sevabite bildirib ki, İsrailin təhvil verdiyi cəsədlərin bəzilərində işgəncə və yaxın məsafədən güllələnmə izləri aşkar edilib.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
XƏBƏR LENTİ
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib





