Bakıda geniş yayılan bu ağacın ziyanı faydasından çoxdur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda son illər "yaşıllıq" adı ilə sürətlə yayılan bir ağac var. Bəzən hətta bu ağacların qorunduğunu da görürük. Amma ekoloqların fikrincə, bu ağacların qorunmasının heç bir mənası yoxdur.
Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, söhbət xalq arasında "şeytan ağacı" və ya "gəndələş" adlanan Ailanthus altissima növündən gedir. Mənşəyi Cənub-Şərqi Çin olan bu ağac əvvəlcə dekorativ məqsədlə Avropa və Qafqaz ölkələrinə gətirilib. Amma çox keçmədən məlum olub ki, bu "yaşıllıq" əslində yerli təbiətin səssiz düşmənidir.
Şeytan ağacı o qədər sürətlə çoxalır ki, bir neçə ilə bütöv ərazini zəbt edə bilir. Onun kökləri "ailanthone" adlı zəhərli maddə ifraz edir. Bu maddə torpaqda qaldıqca digər bitkilərin cücərməsini və kök salmasını əngəlləyir. Nəticədə ağac öz ətrafındakı bütün həyatı boğur.
Bu ağacın kökləri həm də binaların bünövrəsini, boruları, asfalt örtüyünü zədələyir. Yarpaqları əzildikdə kəskin pis qoxu verir, çiçəkləri isə allergiya yaradır. Ona görə də bir çox ölkələrdə Türkiyə, Almaniya, ABŞ və digərlərində bu ağac artıq "invaziv növ" kimi tanınır və məhv edilir.
Xalq arasında bu ağac haqqında "oksigeni udur, karbonu buraxır" ifadəsi də işlədilir. Elmi baxımdan bu tam dəqiq olmasa da, müəyyən məntiqi əsas var.
-Şeytan ağacı böyük miqdarda yarpaq tökür, çürüyən yarpaqlar isə karbon qazı və metan buraxır;
-Yerli ağaclar kimi karbonu uzunmüddətli saxlamaq qabiliyyəti yoxdur;
-Torpağı zəhərlədiyi üçün təbii oksigen dövranını azaldır.
Beləcə, bu ağac balansı pozan, yaşıllıq görüntülü təhlükəyə çevrilir.
Bakıda, Abşeronda və bir çox bölgələrdə bu ağacın vəhşi şəkildə yayılması müşahidə olunur. Tikililərin yanında, həyət və bağlarda, hətta daş döşəmələrin arasında belə bitir. İnsanlar çox zaman onun "yaşıllığına" sevinirlər, lakin illər sonra evlərinin bünövrəsində, su xətlərində və torpaqda onun zərərini görürlər.
Ekoloqlar xəbərdarlıq edir: Ailanthus altissima qorunmağa yox, nəzarətə ehtiyacı olan növdür. Onu təbiətin bir hissəsi deyil, təbiətə təhlükə kimi qəbul etmək lazımdır.
Şeytan ağacı görünüşdə yaşıllıq yaratsa da, əslində torpağı zəhərləyir, oksigen dövranını pozur, yerli bitkiləri məhv edir və şəhər infrastrukturu üçün ciddi təhlükə yaradır.
Belə ağacı qorumaq təbiəti sevmək deyil, ona laqeyd qalmaqdır.
Təbiəti qorumaq onun harmoniyasını saxlamaq deməkdir. Balansı pozan hər varlığa qarşı isə elmi, ekoloji və idarəedici tədbirlər görülməlidir.
Onu "yaşıllıq" adlandırmaq səhvdir, çünki bu "yaşıl" ağac əslində təbiətin səssiz düşmənidir.
Yaşıllıq hər ağacla olmur!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Naxçıvanda yük maşınından 4,5 kiloqram narkotik çıxdı
-
Özəl bağçalarda yeni sistem - Dövlət ödənişi necə edəcək?
-
Paşinyan köməkçisini vəzifəsindən azad etdi
-
55 nömrəli avtobus qəza törətdi - (Foto)
-
Xalq artistinin hovuz fotosu gündəm yaratdı - Tənqidlərdən sonra sildi - (Foto)
-
Apple “Telegram”ı niyə “App Store”dan çıxardı?
-
Yasamalın məşhur stadionu niyə bu vəziyyətə düşüb? - FOTO
-
Talebdən “Vardanyana görə Bakıya getmədim” açıqlamasına cavab
-
Bakıda və Ağdaşda işıqlar sönəcək
-
Gələn aydan radiatorun ömrünü uzatmaq üçün bunu edin
-
Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
Bir gündə 46 cinayət açıldı
-
Bağçalara növbəyə yazılma dayandırıldı
-
Qızılın qiyməti 71 dollardan çox artdı
-
Nəhəng asteroid Yerə yaxınlaşır - Alimlər nə deyir?
-
BDYPİ sürücülərə müraciət etdi
-
69 yaşlı təqaüdçü mağazaya helikopterlə getdi
-
“Nəhayət ki, mən də istirahət edərmişəm”
-
Smartfonda silinməyən məlumatlar: “Gizli zibillər” harada qalır?
-
Azərbaycanda donuzlarla bağlı geniş monitorinq keçiriləcək
-
Ukrayna Rusiyanın müharibə itkilərini açıqladı
-
Azərbaycan nefti ucuzlaşdı
-
Kahı ABŞ-də rekord epidemiyaya səbəb oldu
-
Avqustun 13-dən sonra toy edəcəklərin nəzərinə





