İdman

“Qarabağ” ÇL-yə görə PFL-ə müraciət etdi

28 Oktyabr 2025 20:10
Baxış: 423
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsinin "Çelsi" ilə oyununa daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının 10-cu turunda keçiriləcək "İmişli" - "Qarabağ" matçı ilə 20-ci turda  baş tutacaq "Qarabağ" - "İmişli" görüşünün yerinin dəyişdirilməsini istəyib. 

Bildirilib ki, "Qarabağ" klubunun rəsmi müraciətini, "İmişli" klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.

Belə ki, 10-cu turda  komandalar "Azersun Arena"da üz-üzə gələcək və oyun "Qarabağ" - "İmişli" görüşü kimi rəsmiləşəcək.

Görüş 31 oktyabr saat 17:00-da start götürəcək. 20-ci turun görüşü  isə "İmişli" - "Qarabağ" qarşılaşması kimi oynanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.