Siyasət

İlham Əliyev Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub - FOTO

28 Oktyabr 2025 19:06
Baxış: 348

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi.

Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır. Burada 104 mənzil inşa olunub. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb. Kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülüb. Ərazidə uşaq və idman meydançaları quraşdırılıb. Məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı var. Elektromobillər üçün enerjidoldurma məntəqəsi də nəzərdə tutulub. Yaşayış kompleksinin ərazisində yeraltı su anbarları tikilib, transformator da quraşdırılıb. Kompleks şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və parkın yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.