Bu gün "Böyük Qayıdış"ın növbəti mərhələsidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə söyləyib.
"Böyük Qayıdış" Proqramının başlanğıcının da Zəngilan rayonunda qoyulduğunu xatırladan dövlətimizin başçısı qeyd edib: "Birinci kənd - Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılmışdır və gözəl də saxlanılır".
Milli.Az





