Ölkə

Üçüncü oğlu da işdən çıxarıldı

28 Oktyabr 2025 22:59
Baxış: 534
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun üçüncü oğlu Mehralı Səmədov da vəzifəsindən uzaqlaşdırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

O, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindəki şöbə rəisi vəzifəsindən azad edilib. M.Səmədovun qardaşlarından biri Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, digəri İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini idi. Bundan əvvəl onlar da işdən çıxarılıblar.

Həmçinin bir neçə gün öncə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Abbasov da vəzifəsindən azad edilib. Araşdırma nəticəsində generalın da Saleh Səmədovla əlaqəsi olduğu, ona qurumun yaradılmasının 30 illiyinə həsr edilmiş medalla təltif etdiyi üzə çıxıb.

Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış etmişdi. O, sonradan l Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Hazırda iş üzrə ibtidai istintaq aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.