Yekaterinburqun kriminal ərazilərindən biri olan Sortirovkada Azərbaycan bazarı sökülüb.
Mili.Az lent.az-a istinadla bildirir ki, bu barədə "Bloknot Rossiya" məluamt yayıb.
Yekaterinburq Teleqram kanallarının məlumatına görə, bazarın sökülməsi, ehtimal ki, rəhbəri federal axtarışa verilən Rusiya təhlükəsizlik qüvvələrinin Azərbaycan diasporuna təzyiqi ilə əlaqədardır.
Azərbaycanlı sahibkarlar Qod Nisanov və Zarax İliyevə məxsus Moskvanın "Sadovod" və "Fud Siti" bazarlarının da hədəfə çevrilə biləcəyi istisna olunmur.
Milli.Az