Rusiya

Krasnodarda Priqojinlə Utkinə heykəl qoyuldu

5 Aprel 2024 17:06
Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Krasnodar diyarında "Vaqner" özəl hərbi şirkətinin keçmiş təsisçisi Yevgeni Priqojin və silahlı birləşmənin komandiri Dmitri Utkinə heykəl qoyulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "ЧВК "Вагнер". Сводки" teleqram kanalı yayıb. 

Heykəl Qoryaçiy Klyuç şəhərində şirkətə məxsus ərazidə quraşdırılıb.

Kanal, həmçinin sözügedən heykəlin fotosunu da yayımlayıb.

Xatırladaq ki, martda teleqram kanallarında Qoryaçiy Klyuç şəhərində Priqojin və Utkinin heykəlinin qoyulacağına dair məlumat yayılmışdı. Bu zaman Krasnodar administrasiyası məsələ ilə bağlı məlumata sahib olmadığını açıqlayıb. 

Qeyd edək ki, Y.Priqojinin içərisində olduğu təyyarə ötən il avqustun 23-ü Tver vilayətində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində Priqojinlə yanaşı D.Utkin və daha 8 nəfər olub. Onların hamısı qəza zamanı dünyasını dəyişib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.