Rusiya

“Crocus City Hall”da axtarış-xilasetmə işləri yekunlaşdı

26 Mart 2024 18:11
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Crocus City Hall"da aparılan axtarış-xilasetmə işləri yekunlaşıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 900 kubmetrdən çox dağılmış konstruksiya sökülərək binadan çıxarılıb.

Məlumatda, həmçinin qeyd olunur ki, sonrakı işlər mühəndis avadanlıqlarından istifadə etməklə mexaniki üsulla aparılacaq.

Xatırladaq ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalına soxularaq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb, binada güclü yanğın baş verib. Son məlumatlara görə, terror aktı zamanı 139 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.