Rusiya

“Crocus”da DƏHŞƏT: Ayaqyoludan 28 meyit tapıldı, analar uşaqlarını qucaqlayıb ölüblər

23 Mart 2024 14:10
Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində martın 22-də törədilən terror aktından sonra ərazidə axtarış-xilasetmə işləri davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kompleksin ayaqyolularından birində xilasedicilər 28 meyit aşkarlayıblar. Daha 14 meyit isə təxliyə pilləkənlərində aşkarlanıb. Xilasedicilərin sözlərinə görə, bir çox analar uşaqlarını qucaqlayıb onları qorumaq istəyiblər.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Hadisə zamanı həlak olanların sayı 100-ə, yaralananların sayı 200-ə çatıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.