Rusiya

Britaniya ilk dəfə lazer silahlarını sınaqdan keçirir

19 Yanvar 2024 18:44
Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Müdafiə Nazirliyi ilk dəfə olaraq Şotlandiyanın Hebridean poliqonunda hava hədəflərinə qarşı "DragonFire" yönümlü enerji lazer silahı sistemini sınaqdan keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Gələcəyin qabaqcıl hərbi lazeri ilk dəfə Böyük Britaniyada sınaqdan keçirilib", - deyə məlumatda bildirilir.

Hökumət lazer topunun məsafəsini dəqiqləşdirməsə də, onun "görünən istənilən hədəfi" vura biləcəyini deyir:

"Dəqiqlik bir kilometr məsafədən 1 funt sterlinqlik sikkəni vurmağa bərabərdir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.