Rusiya

Moskvada “Klub 500”-də axtarış – Şikayətçinin özünü “dolaşdırırlar”

26 Oktyabr 2023 16:04
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın elit biznes klubu "Klub 500"-də kütləvi həbslər keçirilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə yerinə Federak Təhlükəsizlik Xidməti, Federal Vergi Xidməti, Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Departamentinin əməkdaşları, eləcə də müstəntiqlər gəlib. Müəssisənin əməkdaşları 3 saatdan artıq binadan bayıra buraxılmayıb.

Bildirilir ki, "Klub 500" beynəlxalq qapalı premium biznes klubudur və təsisçiləri arasında iş adamı Dmitri Portnyagin də var. Təsisçilər deyirlər ki, klubun rezidentləri ildə orta biznes dövriyyəsi 2,6 milyard rubl olan bazar liderləridir.

"Mash" Telegram kanalı yazıb ki, "Klub 500"-də axtarışlar, güman ki, vergidən yayınma ilə bağlı həyata keçirilib.

Lakin sonradan məlum olub ki, polisi Krasnoqorsk merliyinə keçmiş namizəd Valeri Nemirovski çağırıb. O, klub rəhbərliyini dələduzluqda ittiham edib. Media ilə söhbətində Nemirovski istintaq tədbirlərinə başladığını təsdiqləyib, lakin jurnalistlərdən təfərrüatlar üçün təxminən 100 min rubl istəyib.

Portnyaginin həyat yoldaşı Yekaterina jurnalistlərə bildirib ki, ola bilər, kluba üzv olmaq istəyən Nemirovski bundan imtina edildiyinə görə inciyib.

Yoxlama zamanı polis və vergi əməkdaşları klubda qanun pozuntusu aşkar etməyiblər. İndi "Klub 500"-ün rəhbərliyi Nemirovskinin əleyhinə İstintaq Komitəsinə ərizə yazmaq niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.