Rusiya

Putin Priqojindən danışdı: Ciddi səhvləri var idi - VİDEO

24 Avqust 2023 21:24
Baxış: 2 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaqner" rəhbəri Yevgeni Priqojini çoxdan tanıyırdım, çətin taleyi olan, lakin istedadlı, nəinki özü üçün, eyni zamanda cəmiyyət üçün vacib nəticələr əldə edən biri idi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

"Priqojini çoxdan, 90-cı illərin əvvəllərindən tanıyırdım. O, çətin taleyi və həyatda ciddi səhvlər olan birisi idi. Özü üçün, eyni zamanda son aylarda mən xahiş edəndə cəmiyyət üçün də lazımi nəticələr əldə edirdi. İstedadlı insan, istedadlı iş adamı idi. Təkcə ölkəmizdə deyil, xaricdə, xüsusən Afrikada işləyirdi", - deyə Kreml rəhbəri bildirib.

Qeyd edək ki, ötən gün (23 avqust) göyərtəsində Y.Priqojinin də olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa gedərkən Tver vilayətində qəzaya düşüb və 7 sərnişin və 3 ekipaj üzvünün hamısı ölüb.

Təyyarənin daxildən partladıldığı və yaxud zenit-raket kompleksi ilə vurulduğu haqda iddialar var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.