Rusiya

NATO-nun Rusiya planı: Türkiyə imkan vermədi...

17 İyun 2023 13:21
Baxış: 1 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO-nun müdafiə nazirləri Rusiyanın mümkün hücumuna cavab vermək üçün yeni planla bağlı konsensusa gələ bilməyiblər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiyaya qarşı plana Türkiyə razılıq verməyib.

Buna baxmayaraq, NATO Baş katibi Yens Stoltenberq bildirib ki, nazirlər Rusiya Federasiyasının mümkün təcavüzünə cavab planını nəzərdən keçirirlər və onun təsdiqinə yaxınlaşırlar.

Mənbə agentliyə bildirib ki, Türkiyə coğrafi vəziyyətə, o cümlədən Kiprlə bağlı qərara görə mane olub:

"Mümkündür ki, plan NATO-nun iyul sammitindən əvvəl qəbul edilsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.