Cəmiyyət

Həmin qız altıncı sinifdən məktəbdən çıxarılıbmış - Bəy atası həbs olundu - FOTO

16 Dekabr 2025 13:58
Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 14 yaşlı qızın ərə verilməsi ilə bağlı hadisənin bəzi detalları məlum olub.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, 2011-ci il təvəllüdlü qız altıncı sinifdən məktəbdən çıxarılıb.

Anası Elnarə Ələsgərovanın sözlərinə görə, qızının təhsildən kənarda qalmasına səbəb ailənin maddi sıxıntılarının olmasıdır: "Qızımın toyu olmayıb. Kafelərin birində sadəcə "həri" mərasimi keçirilib. Övladımı oxuda bilməmişəm, buna səbəb imkanımın olmamasıdır".

Qeyd edək ki, ötən gün Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 14 yaşlı qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Onu özündən 19 yaş böyük - 1992-ci il təvəllüdlü Firdovsi Abbasovla evləndirmək istəyiblər. Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Qıza toy edən şəxsin ögey atası olduğu müəyyənləşib. 

Məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilən şəxs isə bəyin atası Fizuli Abbasovdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.