Dünya

Trampın oğlu onunla nişanlandı - VİDEO

16 Dekabr 2025 14:13
Baxış: 1 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident Donald Tramp 15 dekabr 2025-ci il tarixində Ağ Evdə böyük oğlu Donald Jr. ilə birlikdə Bettina Andersonla nişanlandığını açıqlayıb.

Milli.Az xəbər verir ki,  bu məlumatı ABŞ lideri Ağ Evdə çıxışı zamanı açıqlayıb.

"O, "hə" dedi", - atasından sonra çıxış edən kiçik Donald Tramp söyləyib.

Qeyd edək ki, 47 yaşlı Tramp və 38 yaşlı Anderson 2024-cü ildən münasibətdədirlər. ABŞ liderinin oğlu daha əvvəl Vanessa Trampla evli olub. Onların 5 övladı var. Cütlük ilk dəfə 2024-cü ilin avqust ayında görüntülənib və 2025-ci ilin yanvar ayında Anderson Donald Jr.-ı atasının prezidentlik andiçmə mərasiminə müşayiət edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.