Tanınmış nəğməkar şair Vüqar Əhməd saxlanılıb.
Milli.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Vüqar Əhməd axşam saatlarında sərbəst buraxılıb.
Bu barədə Manset.az-a açıqlamasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova bildirib.
-----------
Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.
Milli.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, o səhər saatlarında işə gedərkən saxlanılıb.
Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.
V.Əhmədin saxlanılması ilə bağlı xəbəri Manset.az-a çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.
"Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq".
Milli.Az





