Rusiya

Çin Zatulini Putinin yerinə gətirmək istəyir

16 İyun 2023 14:02
Baxış: 1 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin hazırda Rusiya Prezidenti Vladimir Putini əvəz edəcək iki şəxs üzərində dayanıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki,bu barədə rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.

"Priqojin ("Vaqner" rəhbəri) və Zatulinin (Rusiya Dumasının deputatı) fəaliyyətində ən mühüm amil onların heç vaxt nüvə strategiyası ilə əlaqəsinin olmamasıdır. Birdən hər ikisi, xüsusən Priqojinin nüvə şantajı və ondan istifadənin qeyri-mümkünlüyü ilə bağlı savadlı çıxışlara başladı.

Mənə elə gəlir ki, bu tezislər tamam qeyri-üzvidir, onlar üçün qeyri-xarakterikdir və Mişustinin Çindən qayıdışından sonra kuratorları tərəfindən onlara təqdim edilib. Priqojin və Zatulin indi Çinin tələbini səsləndirir", - deyə Piontkovski bildirib.

Qeyd edək ki, Priqojininin hakimiyyətə yönəlik tənqidlərindən sonra Zatulin də Rusiyanın Ukrayna savaşında heç bir hədəfinə çatmadığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.