Rusiya

Əvvəl qızı ilə arvadını yaraladı, sonra özünü eyvandan atdı - FOTO

15 İyun 2023 10:42
Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada kişi ailəsinə bıçaqla hücum edib, sonra isə özünü eyvandan atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qorxunc hadisə Moskvada baş verib. Bildirilir ki, kişi əvvəlcə ondan ayrılmaq istəyən arvadı ilə dava edib, ancaq yola gətirə bilmədiyini görüb bıçağa əl atıb. Bundan sonra yoldaşını hədələyib və qızını yaralayıb. Qadın soyuq silahı onun əlindən ala bilsə də, özü də yaralanıb. Nəticədə qadın uşağı azad edə və onunla birlikdə mənzildən qaça bilib.

Daha sonra hadisə yerinə polis gəlib. Kişi eyvanın açıq pəncərəsində oturub, intihar edəcəyini deyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı mənzilə daxil ola bilsə də, kişini saxlaya bilməyib, o özünü altıncı mərtəbədən atıb. Hazırda həkimlər onun həyatı üçün mübarizə aparırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.