Rusiya

Deputat iclas zamanı şahmat oynadı - VİDEO

17 May 2023 14:52
Baxış: 1 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı deputat Dövlət Dumasının plenar iclasında şahmat oynayarkən görüntülənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kommunist Partiyasından olan millət vəkili Georgi Kamnev bildirib ki, belə bir oyun ona diqqətini gündəliyin növbəti məsələsinə cəmləməyə kömək edir. Deputatın sözlərinə görə, həmin anda qaun layihəsi üzrə səsvermə artıq başa çatıb və növbəti qanunun baxılmasına hazırlıq görülərkən o, oyunda sözün əsl mənasında iki gediş edib.

Kamnev iddia olunduğu kimi, telefonundakı şahmat proqramının ABŞ mənşəli olmadığını da diqqətə çatdırıb.

"Hamısı yalandır. Bu, hamının yükləyə və quraşdıra biləcəyi sadə proqramdır. Orada VPN-ə ehtiyac yoxdur", - deyə deputat bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.