Rusiya

Putin Türkiyəyə buna görə gedir - Markov

30 Mart 2023 12:46
Baxış: 2 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Putin aprelin 27-də Türkiyəyə səfər edəcək. Bu barədə Ərdoğan açıqlama verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı tanınmış siyasi ekspert Sergey Markov bildirib.

Markov Putinin Türkiyəyə səfəri çərçivəsində Ukrayna ilə sülh danışıqları ilə bağlı Ərdoğanla müzakirələr aparacağını vurğulayıb:

"Putin çox güman ki, zəlzələ baş verən bölgələrə səfər edəcək və həm taxıl sazişi, həm də sülh danışıqları aparacaq, ya da sülh danışıqları aparırmış kimi görüntü yaradacaq. Çünki Ukraynada sülh danışıqlarının vaxtı hələ apreldə olmayacaq. Həmçinin, görünür, hökumətlərarası komissiya da olacaq. Və Akkuyuda atom elektrik stansiyasının açılışı olacaq. Nüvə yanacağının yüklənməsi həyata keçiriləcək. Əladır".

Ekspert qeyd edib ki, Putinin Türkiyəyə səfərinin əsas məqsədi dostu Ərdoğanın seçkilərdə qalib gəlməsi və prezident olaraq qalmasına kömək etməkdir:

"Çünki Ərdoğanın seçkilərdə əsas rəqibi amerikapərəst Kılıçdaroğludur. Putin Türkiyədə çox məşhurdur. Türklərin əksəriyyəti Amerikaya nifrət edir (sosiologiyaya görə, orada antiamerikanizm ən yüksək səviyyədədir), Putini isə sevirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.