Rusiya

Sel: Ukrayna iki cəbhədə vuruşa bilməz

14 Mart 2023 15:36
Baxış: 1 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Krımı güc yolu ilə ələ keçirə bilməyəcək, Qərb də bundan xəbərdardır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Krım Tatarları Mədəniyyət Cəmiyyətləri Federasiyasının rəhbəri Ünver Sel deyib.

"Krımı zorla Ukraynaya qaytarmaq mümkün deyil. Əslində, bundan həm Ukraynanın, həm də Qərbin xəbəri var. Onların hətta Ukraynanın şərqində, hazırda Rusiyanın tərkibində olan rayonları qaytarmaq üçün həyata keçirdikləri hücumlar müvəffəqiyyətlə nəticələnmədi. Bu yolla onların Krımı tutması mümkün deyil. Ukrayna və Qərb iki cəbhədə vuruşacaq gücdə deyil. Krımla bağlı təhdidlərə daha çox təbliğat kimi baxmaq lazımdır", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.