Rusiya

“Rusiya gələn il pulsuz qalacaq”- Rus milyarderdən şok AÇIQLAMA

3 Mart 2023 10:05
Baxış: 2 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı milyarder Oleq Deripaska Krasnoyarskda keçirilən iqtisadiyyat forumunda deyib ki, əgər Rusiyaya xarici investorlar gəlməsələr, ölkə artıq gələn il pulsuz qalacaq:

"Pulla bağlı artıq ciddi problemlər var. Ona görə də, biznes yarpaq kimi əsir".

Deripaska əlavə edib ki, "dost ölkələrdən" xarici investorların cəlb olunması və bazarın Asiyaya mümkün keçirilməsi üçün "qanunun aliliyi və müəyyənlik" son dərəcə mühümdür:

"Əgər biz hər hansı problemlərlə bağlı hər rübdə oyun qaydalarını dəyişsək, bizə heç kim inanmayacaq: nə rusiyalı, nə xarici investorlar".

Milli.Az rus mediasına istinadən xəbər verir ki, milyarderin sözlərinə görə, ölkədə iqtisadi vəziyyət "çox mürəkkəb və qeyri-müəyyəndir" və ən azı 2025-ci ilin ortalarınadək belə qalacaq. Deripaska çıxışında habelə məmurların və güc strukturları əməkdaşlarının sayını "üç-dörd dəfə" ixtisar etməyi təklif edib. O, bunların hazırkı sayının onsuz da "sanksiyaların ağır daşı" altında olan ölkəyə "ciddi yük" olduğunu bildirib.

Çıxış vaxtı Deripaska ilə yanaşı oturan Krasnoyarsk qubernatoru "ixtisara hazır olduğunu" bildirib. Amma o Deripaskaya məsləhət görüb ki, belə incə məsələləri belə açıq auditoriyada müzakirə etməsin. "Rusiya alüminium" - RUSAL şirkətinin keçmiş başçısı Deripaska hazırda özünün təsis etdiyi "Bazovı element" şirkətində müşahidə şurasının sədridir. O, 2018-ci ildən bəri Vladimir Putinə yaxın şəxs kimi ABŞ sanksiyaları altındadır. Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan Deripaska habelə Avropa İttifaqı, Britaniya və bir sıra başqa ölkələrin sanksiya siyahılarına salınıb. O, bunun nəticəsində 2017-ci ildə aldığı Kipr vətəndaşlığından məhrum olub. 

Azər Nuriyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.