Rusiya

Putindən etiraf: Sanksiyalar təsir edir, riskləri görməliyik

9 İyul 2022 10:30
0 Şərh     Baxış: 1 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin sanksiyaların iqtisadiyyata mənfi təsirini etiraf edib. O, Rusiya şirkətlərini neft embarqosuna hazırlaşmağa çağırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.

"Mən görürəm ki, bəzi həmkarlar artıq mümkün təhlükələrin aradan qaldırılması üçün həyata keçirməli olduğumuz tədbirlərə müəyyən qədər səthi münasibət bəsləməyə başlayıblar. Bunlara əhəmiyyət vermir, artıq hər şeyin keçmişdə qaldığını, hər şeyin öhdəsindən gəldiyimizi düşünürlər. Özümüzə arxayın olmalıyıq, amma riskləri görməliyik", - Putin qeyd edib.

O, eyni zamanda, neft hasilatının həcminin artdığını və ilin əvvəlindən hasilatın səviyyəsinin əvvəlki illə müqayisədə 3,5 faiz çox olduğunu diqqətə çatdırıb. Bu baxımdan Rusiya qaz və neftin Cənub və Şərqə ixracı üçün infrastruktur quracaq.

Bundan əlavə, Putin etiraf edib ki, yanvar-may aylarında qaz hasilatı 2% azalıb, lakin Rusiyanın yanacaq-energetika kompleksində vəziyyət stabil olaraq qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.