Rusiya

Xarici şirkətlərin ölkəni tərk etməsi Rusiyada milyonlarla insanı işsiz qoyacaq

11 İyun 2022 09:52
0 Şərh     Baxış: 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xarici biznes Rusiyada öz müəssisələrində iki milyon iş yeri yaradır, daha 4-6 milyon vətəndaşın işi dolayısı ilə bu şirkətlərlə bağlıdır. Müvafiq olaraq, Rusiya Ukraynada müharibəni davam etdirərsə, ən azı iki milyon rusiyalı işsiz qala bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Strateji Araşdırmalar Mərkəzinin ekspertləri tərəfindən hazırlanmış "Yeni İqtisadi Şəraitdə Xarici Biznesin Təsviri" araşdırmasında deyilir.

Ukraynada müharibənin başlaması və Qərbin sanksiyalarının tətbiqindən sonra Rusiya bazarında fəaliyyətini dayandıran və ya hər hansı şəkildə məhdudlaşdıran şirkətlərdə 350 minə qədər rusiyalının işlədiyi vurğulanır. Hesablamalara görə, xarici şirkətlərin bu qərarlarından ən çox zərər çəkənlər qida və kimya sənayesinin, eləcə də avtomobil sənayesinin işçiləri olub. Regionlar arasında ən çətin vəziyyət Kaluqa və Novqorod vilayətlərindədir.

Bundan əvvəl bildirilmişdi ki, Rusiyada bir çox müəssisə xərcləri, o cümlədən işçilərin maaşlarını azaltmağa başlayıb. Rusiya Federasiyasının əmək bazarının əsas ekspertlərindən biri, professor Aleksandr Safonov bu yaxınlarda verdiyi müsahibədə belə davam edəcəyi təqdirdə işçilərin ixtisarı və işsizliyin pik həddə çatacağını proqnozlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.