Rusiya

Rusiya azərbaycanlı İlqardan danışır: 2 qram narkotik, uşaq evi…

5 Aprel 2022 20:12
Baxış: 1 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Xakasiya Respublikasının Abakan şəhər Məhkəməsi azərbaycanlı Şükürov İlqar Muğamat oğlu barədə cinayət işinə xitam verib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  İlqar Şükürov Abakanda fəhləlik edir, ailəlidir, uşaqları var.

Məlumata görə, yerli polis Şükürovu 2.5 qram həşişlə yaxalayıb. Onu Rusiya Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə 3 il müddətində həbs gözləyirmiş. Amma İlqar unikal addım atıb. O, yerli "Şans" qəzetinə bu məzmunda elan verib: 
 
"Mən 1991-ci il təvəllüdlü Şükürov İlqar Muğamat oğlu bütün xalqdan üzr istəyirəm. Əməlimə görə peşmanam və məni bağışlamağınızı xahiş edirəm". 

Bu hadisədən sonra hakim İlqar Şükürovu bağışlayıb. Məhkəmə ona kiçik məbləğdə pul cəzası kəsib. 

Həmçinin Şükürov yerli uşaq evlərindən birinə də pul vəsaiti köçürüb. 

Hazırda bu hadisə Rusiyada gündəm olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.