Rusiya

Arvadının meyitini parçaladı, yorğana büküb gizlətdi - Qəribə səbəb

2 Fevral 2022 19:06
0 Şərh     Baxış: 1 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Krasnoyarsk diyarında 20 yaşlı arvadını öldürüb müxtəlif hissələrə parçalayan şəxs barəsində ciddi rejimli koloniyada cəza çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Məhkəmə müəyyən etdiyi kimi, cinayətin qurbanı 24 yaşlı ərini başqa qadınlara görə qısqanıb və ötən il sentyabrın 30-da birgə spirtli içki qəbul edərkən onların arasında bu zəmində dava düşüb. Münaqişə kişinin mətbəx bıçağını götürərək həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurması ilə başa çatıb və nəticədə ölümlə nəticələnib.

Bir neçə gündən sonra qatil cinayətin izlərini gizlətmək qərarına gəlir - qurbanını parçalayır, yorğana bükür və qonşuluqda yerləşən qaraj kooperativində gizlədir. Beş gün sonra qalıqlar yerli sakinlər tərəfindən aşkar edilib.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.