Siyasət

Paşinyan yenə rəqs etdi, amma... - VİDEO

7 Noyabr 2021 23:06
3 Şərh     Baxış: 6 029

Sosial şəbəkələrin erməni seqmentində baş nazir Nikol Paşinyanın ətrafı ilə birlikdə ritmik estrada musiqisi sədaları altında rəqs etməsini əks etdirən yeni video yayılıb.

Milli.Az bildirir ki, erməni bloqer Amazasp Arustamyan videonu paylaşaraq yazıb: "Baxın, Paşinyanla ətrafı şən musiqinin sədaları altında rəqs edirlər. Sanki ölkəmizin və millətimizin tarixində bu biabırçı il olmayıb.

Əslində, Paşinyan yenə sevinməsin ki... Qarabağlı ermənilərin yaşadıqları yerlərin 25 faizi qalıb, Sünikin (Zəngəzurun, - red.) təhlükəsizliyi sıfır səviyyəsində, Ermənistanın suvereniteti qalmayıb. Bəs deyincə əylənmək olar. Amma... Paşinyan unutmasın ki, belə əyləncənin pis sonu olur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.