Brüssel reallıqlardan geri qalır - Bakı yeni həqiqətlər formalaşdırır
Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış yeni "Strateji Gündəlik" sənədi qurumun Cənubi Qafqaza dair mövqeyini yenidən gündəmə gətirib. Sənəd ilk baxışda əməkdaşlıq çərçivəsinin genişləndirilməsi kimi təqdim olunsa da, onun məzmunu Aİ-nin regionda baş verən prosesləri adekvat şəkildə qiymətləndirməkdə çətinlik çəkdiyinin göstəricisidir.
ABŞ-nin yeni milli təhlükəsizlik sənədi Aİ-ni zəif təsir gücünə malik aktor kimi xarakterizə edir. Vaşinqtonun mesajları göstərir ki, Qərb mərkəzləri arasında prioritet nisbəti dəyişib və Brüssel geosiyasi çəkisini itirməkdədir.
Ukrayna müharibəsi Avropa İttifaqının qlobal təhlükəsizlik proseslərində real güc mərkəzi kimi çıxış etmək potensialının məhdud olduğunu nümayiş etdirdi. Aİ nə hərbi eskalasiyanı dayandırmaq, nə də sülh gündəmi yaratmaq istiqamətində effektiv vasitəçi rolunu oynaya bildi. Qurumun daxili korrupsiya qalmaqalları fonunda digər ölkələrə idarəçilik standartları təqdim etməsi isə öz legitimlik bazasına xələl gətirir. Brüsselin nüfuz itkisi Cənubi Qafqaz siyasətinə də birbaşa sirayət edir.
Aİ-Ermənistan sənədinin ən diqqətçəkən məqamlarından biri tarixdə qalmış münaqişə ilə bağlı köhnəlmiş narrativlərin olduğu kimi mətndə qalmasıdır. Bu, Aİ-nin regionda artıq bərqərar olmuş yeni siyasi-hüquqi reallıqları hələ də qəbul etmək istəmədiyini göstərir. Brüssel üçün Cənubi Qafqaz post-2020 dövründə dəyişmiş geosiyasi xəritə ilə deyil, illər əvvəlki yanaşmalarla assosiasiya olunur. Bu isə Avropa İttifaqının regiona dair strategiyasının aktual nəticə vermək imkanlarını minimuma endirir.
Sənəddə TRİP layihəsinə heç bir istinadın olmaması, Aİ-nin post-müharibə reallıqlarına söykənən yeni nəqliyyat və kommunikasiyalar məntiqini hələ də tanımaq istəmədiyini göstərir. Halbuki regionun gələcək ticarət və logistik inteqrasiyası məhz bu layihənin icrası ilə birbaşa əlaqəlidir. Layihənin reallaşması Aİ-nin mövqeyindən asılı deyil. Azərbaycan Zəngəzur dəhlizinin Naxçıvan hissəsini öz vəsaiti hesabına inşa etmək niyyətindədir və ölkə iri infrastruktur layihələrini rekord müddətdə həyata keçirməkdə təcrübəlidir.
Ermənistan ərazisində fəaliyyət göstərən, lakin mandat çərçivəsindən kənara çıxmaqda ittiham olunan EUMA missiyasının müddətinin yaxın zamanda başa çatacağı gözlənilir. Missiyanın fəaliyyəti sona çatdıqda Avropa İttifaqının regiondakı təsir imkanları daha da azalacaq. Brüsselin bölgədə real təsir alətləri onsuz da məhdud idi və missiyanın çıxışı vəziyyəti daha da zəiflədəcək.
Aİ-Ermənistan Strateji Sənədi Avropa İttifaqının Cənubi Qafqaza dair yanaşmasının ciddi şəkildə yenilənməyə ehtiyacı olduğunu göstərir. Brüssel regionda yaranmış yeni siyasi, iqtisadi və təhlükəsizlik reallıqlarını nəzərə almadıqca, onun təsir dairəsi daralmaqda davam edəcək. Mövcud sənəd isə Aİ-nin dəyişən proseslərdən geri qaldığını və Ermənistanla əməkdaşlıq xəttində daha çox simvolik məzmun təqdim etdiyini ortaya qoyur.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Səudiyyə Ərəbistanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)





