Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anılıb
Oktyabrın 10-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva və institutun əməkdaşı Sulduz Məhərrəmov İkinci Fəxri xiyabanda görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoyublar.
Bu barədə Milli.Az-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, akademik Gövhər Baxşəliyeva Aida İmanquliyevanın öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirdiyini, inkişaf etdirdiyini deyib. Alim kimi Aida xanım İmanquliyevanın maraq dairəsinin geniş və çoxşaxəli olduğunu deyən G.Baxşəliyeva, onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyektinin ərəb məhcər ədəbiyyatı olduğunu, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini araşdırdığını söyləyib.
Görkəmli alimin elmi və təşkilati fəaliyyətindən danışan G.Baxşəliyeva Aida xanımın elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçdiyini, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəldiyini qeyd edib.
Aida xanımın həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini və sarsıtdığını qeyd edən G.Baxşəliyeva, alimin əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb (Video)
-
XİN rəhbərləri ABŞ və İran rasında əldə olunmuş razılaşmanı müzakirə ediblər
-
Yalçın Rəfiyev IGAD-ın icraçı direktoru ilə görüşüb (Foto)
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Müctəba Xamenei İran xalqına müraciət etdi
-
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
-
Günün qoroskopu: İş həyatınızda yeni bir tempə daxil olursunuz
-
Yeni “iPhone 18 Pro”nun qiyməti açıqlandı
-
Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək
-
Sabah Bakı, Salyan və Masallının bəzi ərazilərində işıq olmayacaq
-
Moskvadakı ticarət mərkəzində iki Azərbaycan vətəndaşı yaralanıb
-
Astarada ağır qəza - ölən və xəsarət alanlar var
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb (Video)
-
Cavan Zeynallının səhhətində problem yarandı
-
Bakı–Naxçıvan reysləri ləğv edildi
-
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
-
“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
O da viza ala bilmədi, matçı buraxacaq
-
Xırdalan ciddi nəzarətə götürülməlidir: Kəmalə Ağazadədən çağırış
-
"Bayern"in inadı qırılır? "Real"dan Olise üçün astronomik təklif
-
8 məşhurun narkotik testi müsbət çıxdı
-
Neftçala və Zaqatalanın bəzi əraziləri qazsız qalacaq
-
XİN rəhbərləri ABŞ və İran rasında əldə olunmuş razılaşmanı müzakirə ediblər
-
Göz qapağına geyiminin zəncirbəndi ilişdi - (Video)
-
"Taşacak bu deniz"də gözlənilməz ayrılıq (Foto)
-
Yalçın Rəfiyev IGAD-ın icraçı direktoru ilə görüşüb (Foto)
-
"İran Ermənistanı da hədəfə ala bilər"





