Siyasət

Zəngəzurlular öz dədə-baba torpaqlarına qayıdacaqlar - VİDEO

19 Avqust 2021 12:04
0 Şərh     Baxış: 1 507

Dövlət başçısının Şərqi Zəngəzur iqtisadi rayonu ilə bağlı çıxışı ermənilərə və onların himayədarlarına verilən bir mesaj idi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, sərhədlərin möhkəmləndirilməsi tarixə və beynəlxlaq hüquqa söykənir.

Öz dədə-baba torpaqlarından illərdir ki, ayrı qalan zəngəzurluların tarixi səndələrlə və hüquq əsasla öz torpaqlarına qayıtmağa tam haqqı çatır. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən layihələr, kommunikasiya qovşaqlarının qurulması isə dövlətin strateji xəttinin əsasını təşkil edir.

Şərqi Zəngəzura daxil olan rayonların böyük hissəsi sərhəd bölgəsinə düşdüyündən, burada təhlükəsizliyin təmin edilməsi və ardınca sosial infrastrukturun yaradılması paralel aparılır. Artıq bu istiqamətdə işlərin həyata keçirilməsi ilə  Şərqi Zəngəzur iqtisadi rayonunun respublika iqtisadiyyatında payını görməyə başlayacağıq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.